...

İspaniyanın xarici işlər naziri Gürcüstan prezidenti ilə dialoqunu müsbət hesab edir

Siyasət Materials 18 Oktyabr 2008 14:10 (UTC +04:00)

Gürcüstan , Tbilisi, 18 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi görüşü müsbət adlandırıb. Görüş cümə günü gürcü liderinin Avlabaridəki iqamətgahında baş tutub.

"Ünsiyyətimiz müsbət, səmimi və faydalı oldu, biz bir çox məsələlər üzrə fikir mübadiləsi apara bildik", - deyə şənbə günü Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən brifinqdə gürcüstanlı həmkarı Yekaterina Tkeşelaşvili ilə görüşdən sonra İspaniyanın Xarici Siyasət İdarəsinin rəhbəri bildirib.

Moratinosun sözlərinə görə, o, Gürcüstan prezidentindən suvenir alıb, lakin onun nədən ibarət olduğunu açıqlamayıb. İspaniyalı nazir görüşün digər təfsilatlarını da konkretləşdirməyib.

İspaniya nümayəndə heyətindəki mənbələrin məlumatana görə, Moratinos Saakaşvilini Rusiya tərəfi ilə danışıqlara başlamağa inandırmağa səy göstərib, lakin onun səyləri nəticəsiz qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti