...

NATO ekspertlərinin qiymət missiyası Tbilisiyə gəlib

Siyasət Materials 20 Oktyabr 2008 18:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ NATO - nun ekspertlər qrupu Gürcüstanın müdafiə sahəsi üzrə vəziyyətin qiymətləndirilməsinə başlayıb. Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Şimali Atlantika Alyansının ekspertləri səfər çərçivəsində Müdafiə Nazirliyinin mülki və hərbi departamentlərinin rəhbərləri ilə görüşəcəklər.

Alyans ekspertləri Tbilisi tərəfindən NATO -ya üzvlük üzrə Fəaliyyət Planının alınması üçün ölkənin üzərinə götürdüyü öhdəliklərin yerinə yetrilməsini qiymətləndirəcəklər. Bu qiymətləndirmələr NATO - nun xarici işlər nazirlərinin cari ilin dekabrında keçiriləcək sammitində Gürcüstana Üzvlük üzrə Fəaliyyət Planının təqdim edilməsi məsələsində müəyyən rol oynayacaq.

Şimali Atlantika Alyansının nümayəndə heyəti dörd gün Gürcüstanda olacaq. Nümayəndə heyətinin rəhbəri Frenk Boland Tbilisiyə çərşənbə axşamı gələcək.

İlk görüş bazar ertəsi Müdafiə Nazirliyində keçirilib, lakin tərəflər şərh verməkdən imtina ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti