...

Bişkekdə TÜRKSOY-un Daimi şurasinin XXV iclası keçiriləcək

Siyasət Materials 24 Oktyabr 2008 03:03 (UTC +04:00)

Qırğızıstan, Bişkek 24 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Daimi şurasinin, Çingiz Aytmatovun 80 illiyinə həsr olunmuş, XXV iclası çümə günü Bişkekdə keçiriləcək. Bu barədə Trend -a Qırğızıstanın mədəniyyət nazirliyindən bildiriblər.

Tədbir "Ala-Arça" dövlət iqamətgahında keçiriləcək. İclas iştirakçıları Qırğızıstan parlamentinin spikeri Aytibay Taqayev və baş nazir İqor Çudinovla görüşəcəklər.

Daimi şuranın  oktyabrın 26-da keçiriləcək yekun iclasında Bəyannamə qəbul olunacaq. Sonra nazirlər "Aytmatov və müasirlik" beynəlxalq forumunun bağlanması mərasimində iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti