Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakıda vətəndaşlardan işə düzəltmək adı ilə xeyli miqdarda pul alıb mənimsəyən Tərtər sakini tutulub.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə barəsində bu ilin mart ayında axtarış elan olunan Tərtər sakini Müslüm Kəmiş oğlu Mustafayev bu gün tutulub.
Polis bölməsindən bildiriblər ki, Mustafayev vətəndaşları işə düzəltmək adı ilə dələduzluq edərək onlardan pul alıb mənimsəyirmiş.
Polis bölməsindən əlavə ediblər ki, ilkin araşdırma zamanı Mustafayevin müxtəlif vətəndaşlardan 13 min manat pul alaraq mənimsədiyi müəyyən edilib. Hazırda onun digər vətəndaşların pulunu mənimsəməsi faktı araşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]