...

İlham Əliyev Türkmənistan prezidentini müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 25 Oktyabr 2008 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidentini və xalqını milli bayram - müstəqillik günü münasibətilə təbrik edib.

Azərbaycan və Türkmənistan əsrlər boyu dostluq və qarşılıqlı dəstək telləri ilə bağlıdır. Şadam ki, ölkələrimiz arasında ənənəvi mehriban qonşuluq münasibətləri və hərtərəfli əməkdaşlıq bu gün də xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə, regionda sülh, təhlükəsizlik və sabitlik naminə uğurla və dinamik inkişaf edir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzu edirəm, təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti