...

Ərəb dünyası İsraillə sülh istəyir və regionda müharibə perspektivi görmür – İsrailin prezidenti

Siyasət Materials 27 Oktyabr 2008 19:40 (UTC +04:00)
Ərəb dünyası İsraillə sülh istəyir və regionda müharibə perspektivi görmür – İsrailin prezidenti

İsrail, Qüds, 27 oktyabr/ Trend , müxbir A.Qut/ "Sülh İsrail Dövlətinin milli təhlükəsizliyinin başlıca tərkib hissəsidir", - İsrail prezidenti Şimon Peres 17-ci çağırış Knessetin qış sessiyasının açılışında bildirib. Bu gün açılan qış sessiyası Knessetin tarixində ən qısa olacaq - Şimon Peresin Kadima hökumətinin formalaşdırılması üçün ayırdığı iki həftə başa çatdıqdan sonra, 90 günlük sayma başlayacaq. Bu müddət bitdikdən sonra, siyasi sistem seçkilərə hazırlaşmalıdır.

Peresin sözlərinə görə, bu gün Yaxın Şərqdə təhlükəli proseslər- İranın nüvə silahı ilə silahlanması və radikal islamçı - fundamentalist hərəkatların güclənməsi prosesləri baş verir "Bq çətin vəziyyətdə İsrail güclü və istənilən düşmənə qalib gəlmək iqtidarında olmalıdır", - İsrail prezideni bəyan edib.

Dövlət başçısının rəyinə görə, İsrail dövləti fələstinlilər və Suriya ilə sülhə nail olmalıdır. Ərəb təşəbbüsünü qiymətləndirən Peres bəyan edib ki, tarixdə ilk dəfə olaraq, Ərəb dünyası İsrail Dövlətini tanımağa hazırdır. "Ərəb liderlər İran prezidenti Əhmədinejavın şüarları altında yaşamaq istəmirlər. Tehran rejimi bütün Yaxın Şərq regionu üçün təhlükədir. Ərəb dünyası İsraillə sülh istəyir və regionda müharibə perspektivi görmür".

"Həqiqət anı gəlib çatıb", - İsrailin prezidenti yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti