...

Livan Baş nazirinin Ankaraya rəsmi səfəri başlayıb

Siyasət Materials 3 Noyabr 2008 17:59 (UTC +04:00)

Bu gün Livanın Baş naziri Fuad Sinyoranın Ankaraya rəsmi səfəri başlayıb. Bu haqda Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

Sinyoranın səfəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti əsasında reallaşıb. Səfər çərçivəsində iki ölkə arasındakı əlaqələr, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Fuad Sinyora ilə birlikdə Livanın daxili işlər naziri, səhiyyə naziri və maliyyə naziri də səfərdə iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti