Rusiya raket əleyhinə müdafiə sistemlərində "Rusiya imkanlarından", həmçinin Qəbələ RLS-dən istifadəni ABŞ-a təklif etmişdi. İTAR-TASS xəbər verdiyi kimi, bunu Rusiya prezidenti Dmitri Medvedev şəmbə günü Vaşinqtonda, Beynəlxalq münasibətlər Şurasının iclasında bildirib.
Medvedev qeyd edib ki, Rusiya Birləşmiş Ştatların raket əleyhinə müdafiə sistemlərin yaradılması planlarına qarşı birinci olaraq hər hansı bir tədbir görməyəcək. Medvedev deyib, "Çexiyada və Polşada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması bizim ideya deyil. Bizim bu sahədə mövqeyimiz Amerika tərəfi ilə razılığa gəlmək idi".
Onun sözlərinə görə, bu sahədə Rusiya əvvəllər irəli sürdüyü təkliflərlə bağlı əməkdaşlığa dair ABŞ-la müzakirələrdən imtina etmir. Rusiya lideri vurğulayıb ki, ayrı-ayrı parçalanmış raket əleyhinə müdafiə sistemlərindənsə, qlobal sistemin olması daha yaxşıdır.