Şimali Kiprin xarici işlər naziri Turqay Avcı Qətərə rəsmi səfər edib. Bu barədə Türkiyənin "Worldbulletin" informasiya agentliyi məlumat verib.
Avcı səfərdə məqsədin Şimali Kiprlə Qətər arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıq yaratmaqdan ibarət olduğunu bildirib. Şimali Kiprin xarici işlər naziri Qətərdən olan iş adamlarını Kiprə sərmayə yatırmağa çağırıb. Qətər rəsmiləri iş adamlarından ibarət heyətin Şimali Kiprə səfər etməsinin mümkünlüyünü bildiriblər.