...

Soyqırım məsələsində Ermənistanın mövqeyi dəyişib - Ermənistan xarici işlər naziri

Siyasət Materials 25 Noyabr 2008 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend News/ Rəsmi Yerevan qondarma erməni soyqırımı məsələsində Ermənistanın mövqeyinin dəyişdiyini bildirir.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan erməni soyqırımı iddialarının Ermənistanla Türkiyə arasında yaradılcaq müştərək tarix komissiyası tərəfindən araşdırılmasının mümkün olduğunu bildirib. Bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib.

Nalbandyan Ermənistanın mövqeyinin dəyişdiyini və Türkiyə tərəfindən təklif olunan və erməni soyqırımı iddialarının tarixi faktlar əsasında araşdırılmasını nəzərda tutan Türkiyə-Ermənistan müştərək komissiyasının yaradılmasına normal yanaşdıqlarını bildirib. İki tərəf arasındakı bütün problemlərin gələcəyi ilə bağlı nikbin olduğunu deyən Nalbandyan müzakirələrin davam etdirilməsinin vacibliyini bildirib.

Ermənistan Türkiyənin sələfi olan Osmanlı imperiyasının 1915-ci ildə ermənilərə qarşı soyqırım həyata keçirdiklərini iddia edir. Soyqırım iddialarını dünyada tanıtmağa çalışan Ermənistan və erməni lobbisi bütün dünyada Türkiyəyə qarşı kampaniya aparır.

İndiyə qədər Ermənistan, Türkiyə tərəfindən təklif olunan və erməni soyqırımı iddialarının tarixi faktlar əsasında araşdırılmasını nəzərda tutan Türkiyə-Ermənistan müştərək komissiyasının yaradılmasını qəbul etmirdi. Ermənistan qondarma soyqırım iddialarının tarixi həqiqət olduğunu və araşdırmaya ehtiyac olmadığını bildirirdi.

Xəbər lenti

Xəbər lenti