...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 26 Noyabr 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 15.20-dən 15.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi və İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 11.00-dan 11.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.00-dan 12.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.35-dən 16.45-dək Tərtər rayonunun Seyidsulam kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 26-da saat 06.00-dan 06.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti