Böyük Britaniya, London, 26 noyabr/ Trend , müxbir G. Əhmədova) Yeni yaradılmış "Avropa Azərbaycan Cəmiyyəti"nin ( "The European Azerbaijan society") əsas məqsədi Azərbaycanı Avropada tanıtmaq olacaq.
Bu barədə Trend -a Londonda Cəmiyyətin sədri Tale Heydərov məlumat verib.
"Azərbaycanın mədəniyyətini, tarixini, iqtisadi potensialını avropalılara çatdırmaq - əsas məqsədimizdir",-
deyə Heydərov vurğulayıb.
Onun sözlərinə görə, Cəmiyyətin qarşısında duran əsas məsələlərdən biri də Dağlıq Qarabağ problemini ictimaiyyətə olduğu kimi çatdırmaqdır.
" Müxtəlif nəşrlər hazirlayırıq və onlar Avropada da yayılır. İngilis dilində çıxan "Visions of Azerbaijan" jurnalı Azərbaycanın mədəniyyəti və tarixi haqqındadır", - deyə o bildirib.
Heydərovun sözlərinə görə, "Avropa Azərbaycan Cəmiyyəti" ingiliscə dərc olunan yeni qəzetin də nəşrinə hazırlaşır və bu, Azərbaycanla bağlı yenilikləri əcnəbilərə şatdırmağa yönəlmiş bir nəşr olacaq"
Yeni yaradılmış Cəmiyyətin sədri 3 -cü sayı işıq üzü görmüş "Azərbaycan: 100 suala cavab" adlı kitab haqqında da məlumat verib. " Biz bu kitabın həm rus, həm də ingilis variantını hazirlamışıq və onu Ingiltərədə və digər Avropa ölkələrində yay mağa çalışacağıq", - Heydərov qeyd edib və əlavə edib ki, Cəmiyyətin dəstəyi ilə Azərbaycanın muğamı, mədəniyyəti və Qarabağ haqqında ingilis dilində yeni film çəkilir."Film yaxın aylarda Avropanın televiziya kanallarından birində nümayiş etdiriləcək."
Yeni yaradılmış "Avropa Azərbaycan Cəmiyyəti" əvvələr "London- Azərbaycan Cəmiyyəti" adı altında fəaliyyət göstərib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]