...

Gürcüstan Rusiyanın təcridinin lehinə deyil - Gürcüstanın Baş naziri

Siyasət Materials 2 Dekabr 2008 14:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Rusiyanın təcridinə tərəfdar deyil, bazar ertəsi gecə Brüsseldə, Marşal mərkəzində Avropa parlamentinin deputatları ilə görüşdə Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili bəyan edib.

"Biz şifahi şəkildə həmişə və hər yerdə bildirmişik ki, Rusiya tərəfilə hər cür danışıqlara hazırıq", - o deyib.

Eyni zamanda Mqaloblişvili bildirib ki, Gürcüstan bütün danışıqlarda öz ərazi bütövlüyünün tanınması şərtini irəli sürür.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti