Gürcüstan, Tbilisi, 03 dekabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Avropaya inteqrasiya üzrə dövlət naziri Giorgi Baramidze NATO Nazirlər Komitəsinin illik fəaliyyət planı barədə qərarını Alyansa üzvlük yolunda irəli daha bir addım adlandırıb.
"Bu, ÜFP (NATO - ya Üzvlük üçün Fəaliyyət Planı) təqdim olunması deyil, amma verilən qərar bizi Alyansa inteqrasiyaya yaxınlaşdırır", - dövlət naziri jurnalistlərlə söhbətində vurğulayıb.
"Xüsusən vacibdir ki, NATO - Gürcüstan komissiyası Şimali Atlantika Alyansına inteqrasiya yolunda mühüm vasitə qəbul olunub. Bu, qoşulma prosesini xeyli asanlaşdıracaq", - Baramidze hesab edir.
"Gürcüstanın NATO - ya üzvlüyünün üzərindən xətt çəkənlərə xüsusi müraciət etmək istəyirəm ki, Tbilisi Alyansa üzvlük istiqamətində növbəti addımı ata bilib", - dövlət naziri söyləyib.
Müəlliflə əlaqə ünvanı: [email protected]