...

Parlament azlığı Gürcüstan hökumətindəki dəyişiklikləri "qeyri-adekvat" adlandırıb

Siyasət Materials 9 Dekabr 2008 12:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Parlament azlığı Gürcüstan hökumətində edilmiş dəyişiklikləri "qeyri-adekvat" adlandırır. Müxalifət xüsusilə də həmişə güc strukturları ilə işləyən deputat Nika Ruruanın mədəniyyət və idman naziri təyin edilməsini bəyənməyib. "Hökumətdə edilən dəyişikliklər hər kəsin nə isə gözlənilməz bir şeyin baş verəcəyini düşündüyü sürprizlər şousunu xatırladır. Görünür, Gürcüstan prezidentinə peşəkar xüsusiyyətlərə malik insanlar tapmaq çətindir və o, tank və toplardan yaxşı başı çıxan birini mədəniyyət sahəsinə himayəçilik göstərməyə göndərir", - parlament azlığının lideri Girogi Tarqamadze bildirib. İqtisadi inkişaf naziri təyin edilmiş Laşa Jvaniya və bir vaxtlar İrakli Okuraşvilinin yanında müdafiə naziri olan, sonra ABŞ-a səfir göndərilən David Sixarulidze barədə isə o, müəyyən bir şey deməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti