...

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İrandan ölkəyə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısını alıb

Siyasət Materials 15 Dekabr 2008 18:40 (UTC +04:00)
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İrandan ölkəyə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısını alıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir C.Babayeva/ Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan ölkəyə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısını alıb.

"Dekabrın 11-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı MTN tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan bir qrup şəxs zərərsizləşdirilmiş, onlardan 90 kiloqrama yaxın narkotik vasitə götürülüb", MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin bazar ertəsi yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, dekabrın 11-də İran vətəndaşı Gholizadeh İlekhcisofla Ahmad Abolghasem, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və başqaları qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib tamah niyyətilə külli miqdarda pul müqabilində sövdələşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş narkotik vasitələri - 82 kiloqram 500 qrama yaxın həşişi, 5 kiloqramdan artıq heroini və 2 kiloqrama yaxın tiryəki gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirib, buradan isə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisinə apararaq əkin sahəsində gizlədiblər.

"MTN əməkdaşlarının həyata keçirdikləri çevik əməliyyat tədbirləri nəticəsində dekabrın 12-də cinayətkar qrupun üzvləri saxlanılıb və onlardan 90 kiloqrama yaxın həmin narkotik vasitələr aşkar olunaraq götürülüb", deyə məlumatda qeyd olunub.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycanın Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib: "Cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti