...

NATO Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlini dəstəkləyir - NATO Baş katibinin müavini

Siyasət Materials 16 Dekabr 2008 18:05 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlini dəstəkləyir - NATO Baş katibinin müavini

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Novruzov/ NATO Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlini dəstəkləyir

"Biz, Ermənistan - Azərbaycan münaqişəsinin dinc danışıqlar yolu ilə həllini dəstəkləyirik", - NATO Baş katibinin müavini Klaudio Bizonyero çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.

NATO münaqişənin həllinin lehinə çıxış edir və bunun bütün region üçün yaxşı olacağını hesab edir, - Bizonyero qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

NATO - da hesab edirlər ki, ATƏT-in Minsk Qrupu öz vəzifəsinin öhdəsindən gəlir və NATO onun səylərini dəstəkləyəcək, - Baş katibin müavini vurğulayıb.

NATO ilə Azərbaycan arasında münasibətlər 1992- ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997-ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra tədricən ikişaf etməyə başlayıb. İslahatların keçirilməsinə dəstək göstərilməsi ilə yanaşı NATO-nun Azərbaycan ilə əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. 1999- cu ildən Azərbaycanın hərbi qüvvələri NATO- nun Kosovoda, 2002- ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti