...

Azərbaycan yeganə ölkədir ki, Rusiya onun vasitəsilə Cənubi Qafqaza təsir göstərə bilər – Azərbaycan politoloqu

Siyasət Materials 25 Dekabr 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Müstəqil Azərbaycan politoloqu Rasim Musabəyov hesab edir ki, Azərbaycan yeganə ölkədir ki, Rusiya onun vasitəsilə Cənubi Qafqaza təsir göstərə bilər.

Musabəyov cümə axşamı "Cənubi Qafqaz :2008 - ci ilin geosiyasi yekunları" mövzusunda konfransda bildirib ki, 2008 - ci il Qafqaz regionunun böyük dövlətlərin rəqabət meydanına çevrilməsi ilə əlamətdar olub.

"2008 - ci ilin əsas hadisəsi Gürcüstan - Rusiya münaqişəsi oldu", - deyə Musabəyov bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurulub.

Politoloqun fikrincə, Avropa İttifaqı, Rusiya və ABŞ bu ağır vəziyyətdə Qafqazın üç dövləti arasında məhz Azərbaycanın dəstəyini axtarırdılar.

"Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya üçün yeganə çıxış yolu sülh şəraitində yaşamağın yeni formatıdır", - deyə Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti