...

TrendNews İnformasiya Agentliyi Rusiya - Azərbaycan münasibətlərinin geniş işıqlandırılmasın a görə mükafatlandırılıb (video)

Siyasət Materials 25 Dekabr 2008 16:37 (UTC +04:00)
TrendNews İnformasiya Agentliyi Rusiya - Azərbaycan münasibətlərinin geniş işıqlandırılmasın a görə mükafatlandırılıb (video)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın Trend İnformasiya Agentliyi cümə axşamı Rusiya-Azərbaycan münasibətlərinin geniş işıqlandırılmasına görə Rusiya səfirliyi tərəfindən Fəxri Diploma layiq görülüb.

Trend  Agentliyi "Rusiya və Azərbaycan - strateji tərəfdaşlar" müsabiqəsinin qalibləri sırasındadır.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov diplomu TREND Xəbərlər Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Elçin Hüseynova təqdim edib.

Trend Agentliyi - 1995 - ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq xəbər agentliyidir.

Trend -un onlayn-xəbərlər buraxılışları, ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla, beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. Trend abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşidən anaitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə Trend İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008 - ci ildə TREND Agentliyi " XI Avrasiya Teleforumu çərçivəsində, "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti