...

Qəzzadakı  hərbi  əməliyyatlar Həmas-a qarşı yox, dinc fələstinlilərə qarşıdır - FƏTH mətbuat katibi

Siyasət Materials 28 Dekabr 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir  R.Hafizoglu/ İsrailin Qəzza zolağında həyata  keçirdiyi  hərbi  əməliyytlar zamanı  Həmas təşkilatının üzvlərindən çox, dinc əhali əziyyət çəkir.

"Qəzzadakı  hərbi əməliiyyatlar Həmas-a qarsı yox, dinc fələstinlilərə qarşıdır", - deyə, Fələstindəki  hakim  FƏTH partiyasının mətbuat katibi  Fəhmi Zəarir bazar günü Ramallahdan telefonla Trend - a bildirib.

Zəaririn fikrincə, İsrail Qəzzada fələstinlilərə qarşı soyqırım həyata keçirir. "İsrail  Həmas düşərgələrinə dəqiq zərbələr endirməklə mülki vətəndaşların itkisinin qarşısını ala bilərdi", -deyə, o əlavə edib.

Onun fikrincə, Israil rəsmiləri Qəzzadakı hərbi əməliyyatlar zamanı dinc sakinlərin ölümünə görə ən azı  Həmas qədər  məsuliyyət daşıyırlar.

"İsrail Qəzzada keçirdiyi hərbi əməliyyatları dayandırmasa, müharibə daha  geniş əraziləri əhata  edəcək", -deyə, Zəarir əlavə edib.

Dünən  günorta saatlarından  İsrailin  hərbi  hava  qüvvələri  Qəzza zolağını  raket atəşinə tututblar. 19 dekarbrda  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra  Həmas  4 fələstinlililin qətlinə cavab olaraq Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

Israilin dekabrın 27-də  keçirdiyi  hərbi  əməliyyatlar zamanı 271 nəfər həlak olub, 700  nəfər  isə yaralanıb.

Həmas təşkilatının Qəzzadakı  mətbuat  xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır.

Xəbər lenti

Xəbər lenti