...

Iran xalqı İsrailə qarşı etiraz mitinqi keçirir

Siyasət Materials 29 Dekabr 2008 15:17 (UTC +04:00)

İranın bütün şəhərlərində bu gün (bazar ertəsi ) İsrailin Qəzzə Zolağına hücumuna etiraz olaraq mitinq keçirilir. Bu haqda İran televiziyasinin rəsmi xəbər saytı məlumat yayıb.

Tehran şəhərinin Fələstin meydanında dekabrın 29-da mitinq keçirilib. Mitinq iştirakçıları "Allahu Əkbər", "İsrailə ölüm", "Amerikaya ölüm",  "Ey müsəlmanlar, birləşin", "Fələstin qələbə çalacaq" və "İsrail məhv olacaq" şüarları səsləndiriblər.  Mitinq iştirakçıları İsrailin Qəzzəyə hücumunu pisləyərək, beynəlxalq qurumları və müsəlman ölkələrini  İsrailin hərəkətləri qarşısında susmamağa çağırıblar.

İsrail dekabrın 27-də Qəzzə Zolağına hücum edərək, Həmas təşkilatının hərbi qərargahlarını bombalayıb. Hadisədə 310 nəfər, o cümlədən mülki əhali həlak olub.

İranın Ali dini rəhbəri Əli Xamenei İsrailin Qəzzəyə hücumu ilə bağlı dekabrın 29-nu ümumi matəm günü elan edib.

Xəbər lenti

Xəbər lenti