...

HƏMAS - ın Siyasi Bürosu atəşkəs haqqında yeni saziş imzalamağa hazırdır

Siyasət Materials 29 Dekabr 2008 21:04 (UTC +04:00)
HƏMAS - ın Siyasi Bürosu atəşkəs haqqında yeni saziş imzalamağa hazırdır

Seneqal prezidenti Əbdüllahi Vadə dekabrın 29 - da bəyan edib ki, Fələstinin HƏMAS təşkilatının lideri Xalid Məşəl atəşkəs haqqında yeni saziş imzalamağa hazırlıq ifadə edib, - Ynet xəbər verir.

Seneqalın Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, ölkə prezidenti HƏMAS Siyasi Bürosunun rəhbəri ilə telefonla söhbət edib və Məşəl İsrailin antiterror əməliyyatlarının dayandırılması və Qəzzə Zolağının "blokadasının" ləğvini ehtiva edəcək barışıq imzalamağa hazırlıq ifadə edib. Vadə hazırda İslam Konfransı Təşkilatına başçılıq edir.

Seneqal prezidenti İsrail ordusunun hərəkətlərini pisləyib və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

Xatırladaq ki, Xalid Məşəl şənbə günü axşam Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində bəyan edib ki, İsrailin Qəzzədəki əməliyyatına cavab olaraq, "ən azı üçüncü intifad alacağıq".

Məşəl vurğulayıb ki, HƏMAS "işğal edilmiş Fələstin torpaqları tam azad olunanadək silahı yerə qoymayacaq".

Xəbər lenti

Xəbər lenti