...

Bizim ortaq əlifba və dil yaratmaqda tək arxalandığımız Azərbaycanın ziyalılarıdır - Türkiyənin Rusiyadakı səfiri

Siyasət Materials 1 Yanvar 2009 17:25 (UTC +04:00)
Bizim ortaq əlifba və dil yaratmaqda tək arxalandığımız Azərbaycanın ziyalılarıdır - Türkiyənin Rusiyadakı səfiri

Rusiya, Moskva, 01 yanvar/ Trend , müxbir R.Məşədihəsənli/ Türkdilli xalqlar arasında həll olunmayan tək məsələ ortaq əlifba və dilin olmamasıdır, cümə axşamı günü Trend a Türkiynin Rusiyadakı səfiri Həlil Əkinçi deyib.

Onun sözlərinə görə, hələ XIX əsrdə dünyadakı türklər istambul ləhçəsini ortaq dil olaraq qəbul etmişdi və bir-birini yaxşı başa düşürdülər. Getdikcə onlar da öz ana dillərinə keçməyə üstünlük verdilər. Bu isə həyatın qanunauyğunluğu idi ki, hər millət doğma dilinə üstünlük verir.

"Bizim ortaq əlifba və ortaq dil yaratmaqda tək arxalandığımız azərbaycanlı ziyalılarıdır. Onlar digər türkdilli millətlər arasında körpü rolunu oynaya bilər. Bu gün türk toplumları başqa-başqa dövlətlər tərəfindən idarə olunur. Siyasi cəhətdən birləşmək mümkün deyil və bu müzakirə mövzusu ola bilməz", deyə səfir qeyd edib.Əkinçinin sözlərinə görə, ortaq latın əlifbasına keçməyə dair hazırda Türkiyədə işlər aparılmaqdadır. Digər türkcə danışan dövlətlərin də Türkiyə proqramına qoşulması gərəkdir.

"Məsələn, Türkiyədə "siqara içiyorum" deyilişi əsil türk kəlməsi olaraq Azərbaycan dilində səslənən "siqaret çəkirəm" və "xoşuma getdi" "xoşuma gəldi" ifadəsi ilə əvəz olunmalıdır", diplomat dedi.

Səfir türk toplumları gənclərinin də bir araya gələrək daha da yaxından əlaqələr, ünsiyyət yaratmalarının ortaq mədəniyyətimizin, tarix, adət-ənənə, dil bağlarının inteqrə olunmasına yardım edəcəyini vurğuladı. Bunun ən çox tələbə mübadiləsi formasında həyata keçirilməsinin örnək olacağını söylədi.

Xəbər lenti

Xəbər lenti