...

Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünə böyük ümidlər bəsləyir  - Avropa komissarı (video)

Siyasət Materials 21 Yanvar 2009 12:30 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünə böyük ümidlər bəsləyir  - Avropa komissarı (video)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması baxımından böyük ümidlər bəsləyir.

"Münaqişə sülh yolu ilə həll olunmalıdır və biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görşü faydalı olacaq", - deyə çərşənbə günü Bakıda jurnalistlərə  Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan yanvarın 28-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forum çərçivəsində görüşəcəklər və burada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcəklər. Prezidentlərin görüşünü ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri ötən həftə regiona son səfərləri zamanı razılaşdırıblar.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü jurnalistlərə bildirib ki, yanvarın 27-də İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məqsədilə iki ölkənin xarici işlər nazirləri danışıqlar aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti