...

Sessiya çərçivəsində Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulacağını düşünmürəm - AŞPA sədri

Siyasət Materials 26 Yanvar 2009 15:52 (UTC +04:00)

Fransa, Strasburq, 26 yanvar/   Trend A. Məhərrəmli/ AŞPA sədri sessiya çərçivəsində Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurualacağını istisna edib. AŞPA çərçivəsində Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasını gözləmirəm, - deyə qurumun qış sessiyası çərçivəsində  AŞPA sədri Luiz Maria de Puş bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

"Əsas məqsəd Gürcüstandakı müharibənin nəticələrinə dair Qətnamədəki razılığa əsasən əldə edilə biləcək məsəleler üzərində işləməkdir. Sessiya çərçivəsində mən Qətnamənin yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün həm Rusiya, həm də Gürcüstan nümayəndə heyətlərini ayrıca qəbul edəcəm. Mən həmçinin Rusiya, Gürcüstan və AŞ-nın daxil oduğu İşçi qrupunun yaradılması məsələsini də müzakirə edəcəm ", - de Puş bildirib.

Onun sözlərinə görə, bu İşçi qrupuna Abxaziya və Cənibi Osetiyanın nümayəndələri daxil olmayacaq. "Ola bilsin ki, gələcəkdə İşçi qrupuna bu ərazilərin təmsilçilərini humanitar yardım, insan haqlarının vəziyyəti, AŞ-nın missiyası ilə bağlı məsələləri müzakirə məqsədilə daxil etmək olar - sədr bildirib.

Onun səzlərinə görə, iki məsələ ilə bağlı tərəflərin razılığa gəlməsində problemlər var. " Birincisi, avqust hadisələrinin  başlanmasında kimin məsuliyyət daşıması və Abxaziya və Cənubi Osetiyanın birtərəfli qaydada müstəqilliyini elan etməsi və Rusiya tərəfindən tanınması. Rusiya tərəfi qeyd etdi ki, onlar sözügedən ərazilərin müstəqiliyinin tanınması ilə bağlı qərarlarına yenidən baxmayacaqlar. Mən isə qeyd etdim ki, AŞ üzvlərindən heç biri bu ərazilərin müstəqilliyini tanımayıb", - sədr deyib.

Xəbər lenti

Xəbər lenti