...

AŞ PA öhdəlikləri yerinə yetirmək üçün Ermənistana yaz sessiyasınadək vaxt verib (Əlavə edilib)

Siyasət Materials 27 Yanvar 2009 15:26 (UTC +04:00)

Fransa, Strasburq, 27 yanvar/ Trend , müxbir A.Məhərrəmov/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası zamanı AŞ PA-da Ermənistan nümayəndəliyinin səlahiyyətlərinin dondurulmaması və Ermənistanın təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vəziyyətin Monitorinq Komitəsi tərəfindən qiymətləndirilməsi üçün vaxtın uzadılması barədə qərar qəbul olunub.

AŞ PA-nın Monitorinq Komitəsi martın 1-2-də Ermənistanda baş verən hadisələrin araşdırılmaması səbəbindən dekabrın 17-də ölkənin səkkiz deputatdan ibarət nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını təklif edib.

Serj Sarkisyanın qalib gəldiyi 2008-ci ilin prezident seçkisinin nəticələrindən razı qalmayan Ermənistan müxalifətinin etiraz aksiyaları martın 1-də mitinqçilər ilə qanun keşikçiləri arasında qarşıdurmaya gətirib çıxarmışdı. Nəticədə on nəfər ölmüş və 265 nəfər yaralanmışdı.

Sessiyada iştirak edən parlamentarilər qeyd ediblər ki, səlahiyyətlərin dondurulması prosesi yaranan vəziyyətdən yeganə çıxış yoludur və ondan bacarıqla və ehtiyatla istifadə etmək lazımdır.

Məqvlə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti