Gürcüstan, Tbilisi, 05 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "Azərbaycan daxili işlər nazirinin müavini Əskər Ələkbərov Cənubi Qafqazın anti-narkotik siyasət təşkilatı komitəsinin iclasında iştirak edəcək. İclas fevralın 6-da Tbilisinin "Şeraton Metexi Palas" mehmanxanasında keçiriləcək", - Trend -a BMT İnkişaf proqramından deyilib.
İclasda üç Qafqaz ölkəsi - Gürcüstan, Azərbaycan və Ermənistanın hökümət nümayəndələri iştirak edəcək.
Görüşü Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Per Eklund və BMT İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi Robert Uotkins açacaq.
İclas iştirakçılarına həmçinin Gürcüstanın birinci xanımı Sandra Rulovs da müraciət edəcək.
İclas saat 11:00-da başlayacaq.
Məqalə müəllifi əlaqə ünvanı: [email protected]