...

Fevralın 25-də Qazaxıstanda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib

Siyasət Materials 26 Fevral 2009 07:54 (UTC +04:00)

Qazaxıstan, Almatı, 26 fevral / Trend , müxbir R.Мəşədihəsənli/ Fevralın 25-də Almatıda Qazaxıstan "Azərbaycanlıları assosiasiyası" İctimai Birliyinin təşəbbüsilə şəhərdəki "Fatmayi" məscidində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Qazaxıstan Azərbaycanlılarının lideri Əbülfəz Xamedov və assosiasiyanın mədəni-kütləvi tədbirlər üzrə sədr müavini Məşədi Hatəm Rəcəbov mərasim iştirakçılarına 17 il əvvəl erməni silahlı birləşmələrinin SSRİ-nin o zaman Qarabağda qərar tutan 366-cı moto-atıcı alayının köməyi və bilavasitə iştirakilə Xocalıda tarixdə misli görünməmiş qətllər törətmələri barədə bilgi veriblər.

Sonra Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü, istiqlaliyyəti uğrunda canlarını fəda edənlərin xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti