...

Gürcüstan-İran siyasi məsləhətləşmələri müntəzəm xarakter daşıyacaq

Siyasət Materials 12 Mart 2009 14:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N. Kirtsxaliya /

İkitərəfli Gürcüstan-İran münasibətləri Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandovla İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Moctab Dəmirçilunun dünən Tbilisidə baş tutan görüşündə nəzərdən keçirilib. Gürcüstan XİN-dən verilən məlumata əsasən, görüş İran tərəfinin təşəbbüsü ilə həyata keçirilib.

Tərəflər ikitərəfli münasibətlərin aktual mövzularını və bu münasibətlərin dərinləşmə perspektivlərini nəzərdən keçiriblər.

Nalbandov və Dəmirçilu ikitərəfli siyasi məsləhətləşmələrin müntəzəm xarakter daşıyacağını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti