Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Y.Оstapenko /
"Azərbaycan açıq və demokratik cəmiyyəti öz inkişafının prioriteti seçib", - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
"Bu, bizim strateji seçimimiz, dövlət siyasətinin əsas vektorudur", - cümə axşamı akademik Mehdiyev "İzvestiya" qəzetinə müsahibəsində deyib
"Azərbaycan başqa ölkələrin yüzilliklərlə keçdiyi yolun başlanğıcındadır. Ancaq bununla belə, islahat prosesinin uğuru üçün fundamental şərtlərdən biri - demokratiyaya doğru mərhələli hərəkəti təmin edən daxili siyasət və iqtisadi sabitliyi əldə edib", - Mehdiyev hesab edir.
"Dövlətin bu prosesdəki rolu aparıcı və istiqamətləndiricidir", - Mehdiyev qeyd edib. Onun sözlərinə görə, məhz Azərbaycandakı hakimiyyətin mərkəzləşdirilməsi hesabına müstəqillik prinsiplərinə əsaslanan milli dövlətçiliyi yaratmaq mümkün olub.
"Bəzən Azərbaycandakı demokratiyanı səhvlərimizin nədən ibarət olduğunu göstərmədən tənqid edirlər. Bəziləri bizi demokratiyamızın yetərincə mükəmməl olmamasında günahlandırır", - Mehdiyev deyib.
Onun sözlərinə görə, bəzən bu fikirlər üçün subyektiv əsaslar gətirərək, onları demokratik prinsiplərdən çıxış üçün əsaslar kimi təqdim edirlər. Lakin Mehdiyev yalnız bir şeyə əmindir ki, "Azərbaycan, cəmiyyət tərəfindən sabahkı günün perspektivi layiqli olaraq hazırkı rəhbərliyə həvalə edilən yeni dövrə daxil olur".
Prezident Administrasiyasının başçısı həmçinin qeyd edib ki, demokratiya azərbaycanlılar üçün yeni bir şey deyil. "1918-ci ildə müsəlman şərqində ilk dəfə demokratik dövlət - Azərbaycan Demokratik Respublikası (ADR) qurulub. Həmin respublikanın parlamentinə həmin dövrdə ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr daxil olmuşdu", - o bildirib.
"Azərbaycan mentallığının arxetiplərində əzəldən azadlıq və bərabərlik idealları mövcud olub. Hamıya məlumdur ki, elatlarda - Azərbaycan türklərinin qəbilə birliklərində demokratik idarəetmə prinsipi olub", - Mehdiyev əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]