...

Gürcüstan müxalifətinə dəstək məqsədilə xarici ölkələrdə bu gün aksiyalar planlaşdırılıb

Siyasət Materials 10 Aprel 2009 14:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kitsxaliya /

Gürcüstan müxalifətinə dəstək məqsədilə bir sıra xarici ölkələrdə bu gün aksiyalar planlaşdırılıb. Gürcüstanın Mühafizəkarlar Partiyasından verilən məlumata əsasən, saat 14:00-da Stasburqda Avropa Şurasının ofisi qarşısında aksiya keçiriləcək. Aksiya iştirakçıları Gürcüstan müxalifəti ilə həmrəy olduqlarını nümayiş etdirəcəklər. Daha bir mitinq Londonda parlament binası qarşısında keçiriləcək. Bu haqda "Gələcəyin partiyası"nın lideri Qiya Maisaşvili məlumat verib. Maisaşvilinin verdiyi məlumata əsasən, Gürcüstan müxalifətinə dəstək məqsədi daşıyan aksiyalar Yunanıstan və ABŞ-da da keçiriləcək.

Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya bu gün saat 15:00-da yenidən başlayacaq. Həmin vaxtadək müxalifət Saakaşvilidən ona ünvanlanan müraciətə cavab gözləyəcək. Müraciətdə ölkə müxalifəti və ictimayyəti prezident Saakaşvilidən xalqın istəyini nəzərə alaraq istefaya getməyi tələb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti