Hakimiyyətyönlü "Ak Jol" partiyası Qırğızıstanın hazırkı Prezidenti Kurmanbek Bakiyevin dövlət başçısı postuna namizədliyini irəli sürüb. Xəbəri İnterfaks agentliyi yayıb.
Müvafiq qərar "Ak Jol"un ("İşıqlı yol") cümə günü keçirilən qurultayında qəbul olunub.
Qırğızıstanda prezident seçkiləri iyulun 23-nə təyin edilib.
Konstitusiyaya görə, Qırğızıstan Prezidenti iki dəfə ardıcıl olaraq ali dövlət vəzifəsi tutmaq hüququna malikdir.
Bakiyev prezident seçkilərində ikinci dəfə iştirak etməyə dair Konstitusiya hüququndan istifadə edəcəyini bəyan etmişdi.
Hakimiyyətyönlü "Ak Jol" partiyası 2007-ci ilin oktyabrında Prezident Bakiyev tərəfindən yaradılıb. Partiya parlament seçkilərində qalib gəlib və 90 deputat mandatından 71-nə sahibdir.
Bakiev 2005-ci il 10 iyul tarixində Qırğızıstan Prezidenti seçilib.