Azərbaycan Prezidenti İlham Əliyev Dnepropetrovsk şəhərində baş vermiş partlayış nəticəsində baş verən faciə ilə bağlı Ukraynanın dövlət başçısı Viktor Yuşşenkoya başsağlıqı verib, cümə axşamı AzerTAc dövlət agentliyi məlumat yayıb.
"Dnepropetrovsk şəhərində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirib. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığında deyilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]