...

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılacağına inanır

Siyasət Materials 8 May 2009 12:53 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılacağına inanır

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Hüseynbala/  

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad olunacağına inanır.

"Azərbaycan Prezidentinin səyləri nəticəsində Dağlıq Qarabağla bağlı danışıqlar prosesi sürətlənib və inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Şuşa geri qaytarılacaq", - deyə cümə günü jurnalistlərə Dağlıq Qarabağən azərbaycanlı icmasının rəhbəri və Şuşanın icra başçısı Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, Şuşa qaytarıldıqdan sonra şəhər yaxşılaşdırılacaq və əvvəlkindən də gözəl olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Bu gün Şuşanın işğalından 17 il ötür.

Xəbər lenti

Xəbər lenti