...

Monterey meri Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 8 May 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir Y.Ostapenko /

Kaliforniya ştatı Monterey Şəhər Şurası Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib və əməkdaşlığın möhkəmləndirilməsinə ümidvar olduğunu bildirib. Bu barədə Azərbaycan-Amerika Cəmiyyətinin pess-relizində deyilir.

"Biz Azəbaycanı Respublika quruluşunun 91-ci ildönümü münasibətilə təbrik edir və yerli Azərbaycan-Amerika cəmiyyəti ilə əlaqələrimizin inkişaf edəcəyinə ümid edirik", - şəhər meri Çak Delia Sala deyib.

Press-relizdə deyilir ki, Azərbaycan-Amerika cəmiyyəti Montereydə mədəniyyətlərarası qarşılıqlı anlaşmaya öz töfəsini verir.

Azərbaycan Demokratik Respublikası (ADR) 1918-ci il mayın 28-də elan edilib və müsəlman dünyasında ilk demokratik respublika olub. ADR əhalinin ilk ümumi seçki hüququnu tanıyan ölkələr sırasında olub və digər demokratik respublikalar tərəfindən tanınıb.

Şərqin ilk demokratik respublikası olan ADR parlament respublikası olub. ADR-in bayraq, gerb və himn kimi dövlət atributları olub. Onun üç rəngli bayrağında türkçülük, islam və Avropaya inteqrasiya əks olunub. Lakin ADR cəmi 23 ay mövcud ola bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci Qızıl Ordusu Bakını işğal etdikdən sonra respublika süqut edir.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti