...

Rusiya və Avropa İttifaqı tərəfdaşlığının strateji mahiyyətinə heç bir şübhə yoxdur - Prezident Medvedyev

Siyasət Materials 22 May 2009 11:50 (UTC +04:00)
Rusiya və Avropa İttifaqı tərəfdaşlığının strateji mahiyyətinə heç bir şübhə yoxdur - Prezident Medvedyev

Rusiya və Avropa İttifaqı (Aİ) münasibətləri strateji mahiyyət daşıyır. Bu barədə Xabarovskda keçirilən Rusiya-Aİ sammitinin nəticələrindən razılığını bildirən Rusiya Federasiyasının (RF) Prezidenti Dmitri Medvedyev bildirib. Xəbəri RİA Novosti yayıb.

"Bu gün Rusiya ilə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlığın strateji mahiyyət daşımasına heç bir şübhə yoxdur", - deyə RF Prezidenti Xabarovskda Rusiya-Aİ sammitinin yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

"Bu qəbildən olan tərəfdaşlıqlar daha mürəkkəb təhlükələri aradan qaldırmaq, iqtisadi maliyyə böhranı problemi də daxil olmaqla ən çətin problemləri həll etmək imkanı verir. Biz gələcəkdə də iqtisadi münasibətləri birgə inkişaf etdirəcək, beynəlxalq terrorizm, transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün və bəşəriyyətin inkişafına mane olan digər təhlükələrə qarşı müqavimət göstərəcəyik", - deyə Medvedyev bildirib.

Onun sözlərinə görə, sammit zamanı tərəflər nizamlanmamış münaqişələr üzrə fikir mübadiləsi aparıblar. "Həm Kipr, həm Kosovo və Qafqazın təhlükəsizliyi, Gürcüstan, Cənubi Osetiya və Abxaziya arasında münaqişə ətrafında yaranan problem barədə danışdıq. Biz Moldovada yaranan vəziyyət barəsində söhbət apardıq, Yaxın Şərq problemini, İranın nüvə proqramını, Əfqanıstan və Pakistanlakı vəziyyəti müzakirə etdik", - deyə RF Prezidenti bildirib.

"Bu açıq, konstruktiv və hər iki tərəf üçün maraqlı olan söhbət idi. Bu, bir çox mövqelərdən daha sevindiricidir, vəziyyətlərin nizamlanması üçün mühümdür", - deyə o bildirib.

Medvedyev etiraf edib ki, bəzi məsələlər üzrə tərəflərin mövqeləri ayrılır. Eyni zamanda, o qeyd edib ki, bu, dialoqun davam etdirilməsinə mane olmayacaq və zddiyyətlərdən konstruktiv çıxış yolları tapılacaq.

Dövlət başçısı sammitin nəticələrindən razılığını ifadə edib. "Ümumilikdə, mən birgə işimizin nəticələrindən razıyam", - deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti