...

Bakıda iki qrup arasında baş vermiş dava ilə bağlı 3 nəfər saxlanılıb - DİN

Siyasət Materials 4 İyun 2009 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında iki qrup arasında baş vermiş dava ilə bağlı 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Mərdəkan qəsəbəsində, Xaşaxuna bağları adlanan ərazidə dünən axşam saatlarında daş gətirən sürücülərlə vətəndaşlar arasında dava düşüb.

Dünən saat 20.30 radələrində Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsi ev 178/3-də, orada yaşayanlar Tərlan Cəfərov və onun qardaşı Musa bıçaqla qətlə yetirilib, qohumları İsmayıl Cabbarov və Yeni Günəşli qəsəbə sakini Əfqan Mirzəyev isə bıçaq xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac saxlanılıb, digər iştirakçıların müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.1 və 120.2.7) maddələri ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti