...

Milli azlıqlar ayrı dövlət yaratmaq hüququna malik deyillər – Rumıniya XİN-in dövlət katibi

Siyasət Materials 9 İyun 2009 17:48 (UTC +04:00)
Milli azlıqlar ayrı dövlət yaratmaq hüququna malik deyillər – Rumıniya XİN-in dövlət katibi

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir Y.Оstapenko /

"Biz bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu bizim əsas prinsipimizdir. Bununla yanaşı düşünürük ki, milli azlıqlar ayrıca dövlət yarada bilməzlər", - çərşənbə axşamı Bakıda Rumıniya XİN-in starteji məsələlər üzrə dövlət katibi Boqdan Auresku deyib.

Rəsmi Buxarestin Kosovanın müstəqilliyi məsələsindəki bu mövqeyini Auresku çərşənbə axşamı, Azərbaycanda NATO həftəsi çəçirvəsində təşkil olunmuş "21-ci əsrdə NATO, 21-ci əsrdə hədəflər" seminarında çıxış edərkən bir daha bildirib.

Onun sözlərinə görə, Buxarestin mövqeyi Dağlıq Qarabağa da aiddir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

2008-ci ilin fevralında Kosova albanları öz müstəqilliyini elan edib və bunu ABŞ və Aİ-nin digər aparıcı ölkələri tanıyıb. Hazırda Kosovanı müstəqil dövlət kimi BMT-yə daxil olan 192 ölkədən 60-ı tanıyır.

İspaniya, Yunanıstan, Kipr, Slovakiya və Rumıniya Avropa Parlamentinin Aİ-nin beş ölkəsinin Kosovonun müstəqilliyini tanımağa çağıran qətnaməsini qəbul etməkdən imtina edirlər.

2009-cu il fevralın 5-də Avropa Parlamentinin deputatları Aİ-nin beş ölkəsini - Kipr, İspaniya, Yunanıstan, Slovakiya və Rumıniyanı Kosovanın müstəqilliyini digər 18 Aİ ölkəsi kimi tanımağa çağıran qətnaməsini qəbul edib.

Xəbər lenti

Xəbər lenti