...

Ölkədə gərginlik yaradan 30 nəfər həbs olunub – İranın milli təhlükəsizlik naziri

Siyasət Materials 17 İyun 2009 15:18 (UTC +04:00)
Ölkədə gərginlik yaradan 30 nəfər həbs olunub – İranın milli təhlükəsizlik naziri

"Son günlərdə ölkədə gərginlik yaradan 30 nəfər həbs olunub", - deyə İranın milli təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni Əjeyi çərşənbə günü jurnalistlərə bildirib.

O, həbs olunanlarla bağlı yaxın günlərdə ətraflı məlumat veriləcəyini bildirib.

Əjeyi deyib ki, Təhlükəsizlik Nazirliyi ölkənin digər güc strukturları ilə birgə xalqın sıralarına qoşularaq ölkədə gərginlik yaratmaq istəyən qüvvələrin aşkarlanaraq həbs olunması məqsədilə güclü iş rejimində çalışır.

İranda prezident seçkilərinin nəticəsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları seçkilərdə çox sayda saxtakarlıq olduğunu bildirirlər. Musəvi seçkilərdəki məğlubiyyətini qəbul etməyərək rəqibi Mahmud Əhmədinejadı seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib. Son məlumata əsasən, polis ilə toqquşma nəticəsində 25 nəfər həlak olub, yüzlərlə siyasi fəal həbs olunub.

Xəbər lenti

Xəbər lenti