...

İranın XİN başçısı "Böyük səkkizliy"in İtaliyadakı müşavirəsində iştirak etməyəcək

Siyasət Materials 24 İyun 2009 13:31 (UTC +04:00)
İranın XİN başçısı "Böyük səkkizliy"in İtaliyadakı müşavirəsində iştirak etməyəcək

"İranın XİN başçısı Mənuçöhr Müttəki "Böyük səkkizliy"in Əfqanıstandakı duruma dair genişləndirilmiş müşavirəsində iştirak etmək üçün İtaliyaya getməyəcək", - MEHR xəbər agentliyi məlumat verib.

İtaliyanın xarici işlər naziri Franko Frattini İran XİN başçısını G8 ölkələri XİN başçılarının Triyestdəki genişləndirilmiş iclasında iştirak etməyə dəvət edib.

İtaliyanın Triyest şəhərində iyunun 25-27-də keçiriləcək adıçəkilən iclasda Hindistan, Çin, Meksika, Braziliya, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədən nümayəndələr iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti