...

Azərbaycan və İsrail arasında münasibətlər uğurla inkişaf edir - Prezident İlham Əliyev

Siyasət Materials 29 İyun 2009 02:09 (UTC +04:00)
Azərbaycan və İsrail arasında münasibətlər uğurla inkişaf edir - Prezident İlham Əliyev

Bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Prezidenti Şimon Peres arasında təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan dövlətinin başçısı iki dövlət arasında əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. "Münasibətlərimiz uğurla inkişaf edir. Əməkdaşlığımızın səviyyəsindən məmnunuq", - İlham Əliyev bildirib.

Prezident İlham Əliyev iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarının mövcudluğundan danışıb, həmçinin iki ölkə arasında humanitar sahədə də əməkdaşlığın olduğunu qeyd edib.

"Siz ölkəmizə iş adamlarından ibarət böyük bir nümayəndə heyətilə gəlmisiniz. Hesab edirəm ki, işgüzar dairələr arasındakı əlaqələr ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək", - Prezident vurğulayıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən İsrail Prezidenti nümayəndə heyətinin tərkibində iştirak edən nazirlərin də iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir söyləyə biləcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti