...

Gürcü leyboristlər ABŞ və Rusiya prezidentlərini Gürcüstanı sakit buraxmağa çağırıblar

Siyasət Materials 6 İyul 2009 17:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbur N.Kirsxaliya /

Gürcüstanın leyborist partiyasının lideri Şalva Natelaşvili ABŞ və Rusiya liderlərini Gürcüstanın daxili işlərinə qarşımamağa çağırır.

"Yaxşı olardı ki, bu ölkələrin liderləri diqqətlərini qlobal problemlər və yetişən münaqişələrə yönəltsinlər. Kimi dövlət başçısı seçməyə isə gürcü xalqı özü qərar verəcək", - Natelaşvili bugünkü mətbuat konfransında bildirib.

Natelaşvili Gürcüstanın son illərdəki problemlərini Rusiya və ABŞ arasında Zaqafqaziyada, o cümlədən də Gürcüstanda təsir dairələri üçün mübarizəsi ilə bağlayır.

"Gürcüstandakı münaqişələr, müharibə, işğal olunmuş ərazilər, qaçqınların problemi məhz bununla bağlıdır. Bizim məqsədimiz Gürcüstana xarici müdaxilə olmadan gürcü xalqının öz gələcəyini müəyyən etməsi şərti ilə birləşməsidir", - o bildirib.

Natelaşvilinin sözlərinə görə, o, Rusiya və ABŞ prezidentlərinin bugünkü görüşündən Gürcüstan üçün konstruktiv heç nə gözləmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti