...

Tbilisidə qeyri-hökumət təşkilatı "Cemm"in lideri Çaxalyanın məhkəməsi başlayır

Siyasət Materials 22 İyul 2009 15:54 (UTC +04:00)
Tbilisi Apellyasiya Məhkəməsinin cinayət işi üzrə palatası bu gün qeyri-hökumət təşkilatı "Cemm"in lideri Vaqan Çaxalyan və onun ailə üzvlərinin işinə baxır.
Tbilisidə qeyri-hökumət təşkilatı "Cemm"in lideri Çaxalyanın məhkəməsi başlayır

Gürcüstan, Tbilisi, 22 iyul / Trend , müxbir N.Kirsxaliya /

Tbilisi Apellyasiya Məhkəməsinin cinayət işi üzrə palatası bu gün qeyri-hökumət təşkilatı "Cemm"in lideri Vaqan Çaxalyan və onun ailə üzvlərinin işinə baxır.

İnsan hüquqları üzrə mərkəzdən bildirildiyi kimi Vaqan Çaxalyan və onun ailə üzvləri Ruben və Armen Çaxalyan siyasi səbəblərdən Samsxe-Cavaxetiya Prokurorluğu tərəfindən həbs olunub.

"Çaxalyan cinayət işinin qaldırılmasına kimi siyasi izləmələrə məruz qalıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri "Cemm" liderinin siyasi fəaliyyətdən kənarlaşması üçün müxtəlif üsullarla ona və onun ailə üzvlərinə təzyiqlər göstəriblər. Bu versiyanı Çaxalyanın siyasi fəaliyyətdən kənarlaşacağı təqdirdə azadlığının geri qaytarılacağı ilə bağlı vədin verilməsi faktı da sübut edir ", - Çaxalyanın hüquqlarını müdafiə edən mərkəzdən bildirilib.

Çaxalyanın ailəsi ilkin sövdələşmələr üzrə quldurluq hərəkətlərində və odlu silahın, partlayıcı vasitələrin qanunsuz əldə olunması və saxlanmasında günahlandırılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti