...

İranlı tələbələr yeni vitse-prezidentin işdən çıxarılması tələbi ilə mitinq keçiriblər

Siyasət Materials 24 İyul 2009 17:49 (UTC +04:00)
İyulun 24-də Tehran universitetlərinin tələbələri cümə namazından sonra Fələstin meydanında yığışaraq Prezident Əhmədinejaddan vitse-prezident Məşayi barədə verdiyi qərara yenidən baxmasını tələb ediblər.
İranlı tələbələr yeni vitse-prezidentin işdən çıxarılması tələbi ilə mitinq keçiriblər

İranlı tələbələr yeni seçilmiş vitse-prezident Rəhim Məşayinin işdən çıxarılması tələbi ilə mitinq keçiriblər. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

İyulun 24-də Tehran universitetlərinin tələbələri cümə namazından sonra Fələstin meydanında yığışaraq Prezident Əhmədinejaddan vitse-prezident Məşayi barədə verdiyi qərara yenidən baxmasını tələb ediblər.

Mitinq iştirakçıları "Məşayi istefa ver", "Verilmiş səslər geri alına bilər", "Yeni hökumətdə yolunu azmışlara yer yoxdur", "Rəhbərin göstərişlərinə əməl et" və başqa şüarlar səsləndiriblər.

İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi iyulun 17-də Əhmədinejad tərəfindən vitse-prezident təyin olunub. Bu qərar hakim Üsulgəra (Mühafizəkarlar) düşərgəsində kəskin etirazlarla qarşılanıb. Etirazçılar Məşayinin tutduğu vəzifədən dərhal kənarlaşdırılmasını tələb ediblər. Məşayi 2008-ci ildə "İran həm ABŞ, həm də İsrail xalqının dostudur" bəyanatı ilə ölkədə qalmaqal yaratmışdı. Eyni zamanda o, Əhmədinejadın qudasıdır.

MEHR xəbər agentliyinin məlumatına əsasən, İran Parlamentində konservativlər (Üsulgəra) düşərgəsinin mərkəzi şurasının üzvü Vəli İsmaili cümə günü bildirib ki, Məşayi öz çıxışları ilə indiyədək hökumətə çoxlu maddi və mənəfi ziyan verib. "Biz geri çəkilməyəcəyik, bu məsələ yeni hökumətin kabinet nümayəndələrinin parlamentdə səlahiyyətlərinin təsdiqlənməsinə təsir göstərəcək", - İsmaili bildirib.

Xəbər lenti

Xəbər lenti