...

Gürcüstan Parlamentinin 75 deputatı işdən çıxarılıb

Siyasət Materials 28 İyul 2009 20:57 (UTC +04:00)
Gürcüstan Parlamentində planlaşdırılmış optimizasiya çərçivəsində 75 əməkdaş tutduğu vəzifədən azad edilib. Eyni zamanda Gürcüstanın ali qanunvericilik orqanında 8 şöbə ləğv edilib.
Gürcüstan Parlamentinin 75 deputatı işdən çıxarılıb

Gürcüstan, Tbilisi, 28 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Parlamentində planlaşdırılmış optimizasiya çərçivəsində 75 əməkdaş tutduğu vəzifədən azad edilib. Eyni zamanda Gürcüstanın ali qanunvericilik orqanında 8 şöbə ləğv edilib.

Parlamentdə optimizasiya 17 iyuldan parlament sədri David Bakradzenin əmrinə əsasən həyata keçirilir. Əmrdə optimizasiyanın səbəbi kimi deputatların sayının 230-dan 150-dək azalması göstərilib.

Xüsusi kamissiya 75 əməkdaşın işdən çıxarılması barədə qərar qəbul edib. Dünən bu barədə yazılı surətdə məlumat verilib. Azadedilmə barədə yekun sənəd bir aydan sonra dərc ediləcək. İşdən azad olunanların şikayət etmək hüququ var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti