...

Azərbaycanın xarici işlər naziri İsrailin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 11 Avqust 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /

Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Lavon-Lotemi etimadnamələrinin surətinin təqdim olunması ilə əlaqədar qəbul edib. Bu barədə Trend -a XİN-in mətbuat xidmətindən bildirilib.

İsrailin yeni səfiri Lavon-Lotem ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib və qeyd edib ki, fəaliyyət göstərəcəyi müddətdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinə çalışacaq.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov da iki ölkə arasında siyasi, iqtisadi, enerji, turizm və mədəniyyət sahələrində əməkdaşlıq üçün mövcud imkanlardan danışıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti