...

Şayiələrə rəğmən, seçkilərin nəticəsi hələ məlum deyil – Əfqanıstan Müstəqil Seçki Komissiyasının vitse-prezidenti (EKSKLÜZİV)

Siyasət Materials 21 Avqust 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir D.Xatınoğlu /

Əfqanıstanda dünən keçirilən, 50-55 faiz səsvermə hüququ olan vətəndaşların qatıldığı prezident seçkilərindən sonra səslərin hesablanması artıq başa çatıb. Lakin nəticələr hələ ki, təsdiqlənməyib. Bunu Əfqanıstanın müstəqil seçki komissiyasının vitse-prezidenti Davud Nəcəfi deyib.

Lakin Əfqanıstanın fəaliyyətdə olan prezidenti Həmid Kərzainin seçkiqabağı qərargahının rəhbəri Din Muhəmməd deyib ki, dövlət rəhbəri prezident seçkilərində səslərin əksəriyyətini qazanıb. Bu barədə PRAYM-TASS məlumat verib.

Onun sözlərinə görə, səsvermənin ikinci mərhələsi olmayacaq, İTAR-TASS yayıb.

Nəcəfi həmçinin deyib ki, səsvermə zamanı saxtakarlıqla bağlı bir neçə şikayət daxil olub. "Bununla bağlı araşdırma aparırıq", - o deyib.

Bir gün əvvəl prezidentliyə namizəd Abdullah Abdullahın seçki kampaniyasının rəhbəri Fazil Sançaraki isə bildirmişdi ki, prezident seçkiləri zamanı 50-dən çox saxtalaşdırma faktı aşkarlanıb.

Nəcəfi Trend -a Kabildən telefonla deyib ki, ümumiyyətlə seçkilər qənaətbəxş keçib. "Taliban" hərəkatının təhdidlərinə baxmayaraq, seçki hüququna malik əhalinin 50-55 faizi seçkilərdə iştirak edib.

Nəcəfinin sözlərinə görə, prezident seçkiləri ilə yanaşı əyalət şuralarına deputat seçkiləri də keçirilib. Dörd əyalətdə hələ ki səslər hesablanmayıb. Bu əyalətlər Kabill, Herat, Nenqarhar və Bəlxdir.

Cümə günü bu əyalətlərdən səslərin hesablanması üzrə nəticələr müstəqil seçki komissiyasına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti