...

Gürcüstan Parlamentinin vitse-spikeri abxaz və osetinləri gürcülərlə dialoqa çağırır

Siyasət Materials 26 Avqust 2009 18:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /

Parlamentin vitse-spikeri, "Biz özümüz" siyasi partiyasının lideri Paata Davitaya etnik abxaz və osetinləri "ayılmağa" və Gürcüstanla dialoqa başlamağa çağırır. Bu barədə o, Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının bir illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Abxaziya və Cənubi Osetiyada etnik təmizləməni davam etdirir. "Əslində heç bir müstəqillikdən söhbət getmir. Bu ərazilər Rusiyaya öz bazalarını yerləşdirmək üçün lazımdır", - o qeyd edib.

Davitayanın sözlərinə görə, işğal olunmuş ərazilərdə vəziyyət ağırdır, etnik abxazlar və cənubi osetiyalılar da daxil olmaqla, hamı üçün sərbəst hərəkət çətinləşib.

"Mən abxaz və osetinləri ayılmağa çağırıram. Onların gələcəyi Gürcüstanla bağlıdır. Gürcüstan onlarla istənilən mövzuda danışmağa hazırdır", - Davitaya deyib və əlavə edib ki, onlar vaxtında ayılmasalar, Abxaziya və Cənubi Osetiya etnik abxaz və osetinlərsiz qalacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti