Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Həbsdə olan Emin Milli və Adnan Hacızadənin işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Bu barədə çərşənbə günü Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.1) və sağlamlığa az ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]