...

Azərbaycanda bələdiyyə seçkisi öncəsi təhlükəsizlik tədbirlərinə başlanılıb

Siyasət Materials 11 Sentyabr 2009 12:36 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkisi öncəsi təhlükəsizlik tədbirlərinə başlanılıb.
Azərbaycanda bələdiyyə seçkisi öncəsi təhlükəsizlik tədbirlərinə başlanılıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bələdiyyə seçkisi öncəsi təhlükəsizlik tədbirlərinə başlanılıb.

"Bələdiyyə seçkisinə hazırlıq məqsədilə ictimai asayişin mühafizəsi üçün tapşırıqlar verilib. Polis orqanları bütün dövlət əhəmiyyətli və digər obyektlərin mühafizəsini gücləndirib. Mümkün terror aktlarının qarşısını almaq üçün müvafiq profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb", - Trend -un məlumatına görə, bu barədə cümə günü Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Azərbaycanda bələdiyyə seçkisinin dekabrın ortalarında keçirilməsi gözlənilir.

Nazir müavininin sözlərinə görə, bələdiyyə seçkisi öncəsi artıq müvafiq tədbirlər planı hazırlanıb. "Planda bələdiyyələrə namizədliyi irəli sürülən şəxslərin təhlükəsziliyinin təmin olunması, ictimai qayda pozulması hallarının, təxribat məqsədilə icazəsiz və ya razılaşdırılmamış kütləvi aksiyaların qarşısının alınması, qanunsuz saxlanılan silah-sursatın yığılması, seçki komissiyalarının yerləşdiyi binalarda kompleks müayinələrin aparılmasıl və digər tədbirlər nəzərdə tutulub", - Zalov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti